Çatdırılma
Müştərilərimizin sifariş etdiyi portret xalçalar (fotoxalca) tam hazır olduqdan sonra onlarla əlaqə saxlanılır və çatdırılma xidmətimiz vasitəsilə sifarişləri çatdırılır. Bakı, Sumqayıt şəhərləri daxilində uyğun məkanlara çatdırılma ödənişsizdir. Bakı şəhərinin ətraf qəsəbələrinə, kəndlərinə məsafədən asılı olaraq çatdırılma ödənişlidir.
Rayonlara, regionlara sifarişlər poçt vasitəsilə və ya taksilərlə göndərilir. PortretXalca.az tərəfindən poçt şöbəsinə və ya taksilərə sifarişlər ödənişsiz təhvil verilir. Digər daşınma xərcləri isə (poçt göndəriş pulu, taksi xərcləri və s.) müştərilər tərəfindən qarşılanır.
Azərbaycandan kənar ölkələrə beynəlxalq göndərişlər zamanı xalçanın göndərilməsi üçün müştəri tərəfindən Xalça Muzeyindən icazə sənədi alınmalıdır. İcazə sənədinin məbləği verilmə müddətindən asılı olaraq dəyişir. Bu məbləğ müştəri tərəfindən ödənildikdən sonra Biz həmin sənədin əldə edilməsi üçün lazım olan xidmətləri həyata keçiririk. Sənəd hazır olduqdan sonra isə portret xalça sifarişi müştərinin istəyinə uyğun olaraq ya yerli beynəlxalq poçt şöbəsinə, ya da digər beynəlxalq yük daşıma şirkətlərindən birinə tərəfimizdən ödənişsiz təhvil verilir. Beynəlxalq yük daşıma xərcləri müştərilər tərəfindən qarşılanır.






