1 iyun uşaqlar günü

1 iyun-uşaqlar günü

Hörmətli istifadəçilər və müştərilər!

1 İYUN – Bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Biz də məhz bu gün münasibətilə ailələri və uşaqlarımızı öz hədiyyəmizlə sevindirmək qərarına gəldik. SİZ də aksiyamıza qoşulun və hədiyyə qazanma şansını əldə edin.

HƏDİYYƏ: 1-ci yerin sahibi 40 sm x 60 sm ölçüdə portret xalça, 2-ci yerin sahibi 50% endirim, 3-cü yerin sahibi isə 30% endirim qazanacaq. Yarışmamız instagram səhifəmizdə (instagram səhifəmizi izləyin >> PortretXalca.Az) keçiriləcək və qaliblər təsadüfi yolla seçiləcək. İştirakçılar yalnız bir dəfə qeydiyyatdan keçə bilər. Bütün qeydiyyatdan keçən iştirakçılar qeydə alınacaq və siyahı saytımızda dərc olunacaq. Saytımızı izləyərək yenilənmiş siyahı ilə tanış ola bilərsiniz.

İştirak etmək üçün sadəcə aşağıdakı formanı doldurun və Bizə göndərin.


Bütün iştirakçılarımıza təşəkkür edirik. Hər birinizə uğurlar arzu edirik!

foto xalca odeme

Ödəmə

Portret Xalça (fotoxalça) özəl hədiyyə olduğu üçün sifariş təsdiqləndikdən sonra müştərilər müəyyən məbləğdə ilkin ödəniş etməlidir. Ödəniş olunduqdan sonra tərəfimizdən işə başlanılır. Sifariş hazır olduqdan sonra isə müştərilərlə əlaqə saxlanılır, sifarişləri təhvil verilir və qalıq ödəniş edilir. Çatdırılma xidmətimiz mövcuddur. Əlavə məlumatlar üçün, zəhmət olmasa Əlaqə bölümündən bizə yazın və ya WhatsApp və telefonla əlaqə saxlayın.

ÖDƏMƏ Növləri:
Nəğd
Kartdan Karta
Köçürmə üsulu

İpək tərkibli rəngli toxunma xalça

İpək tərkibli rəngli portret xalçalar (fotoxalça) tam toxunma xalçalardır. Heç bir boyanma üsulundan (vakuum, dijital və s.) qətiyyən istifadə edilmir. Portretlər avadanlıqlar vasitəsilə 0-dan tam olaraq toxunur və kənarları tikilir. İpək tərkibli və digər qarışıqlı ipliklərdən hazırlanır. Xalça çeşidlərimiz içərisində ən yüksək keyfiyyətli olan növdür. Qalındır, xovludur, qalınlığı 12 mm olur. Sıx şəkildə 1800 sıxlıqla tam olaraq toxunur. Çəkisi ölçülərdən asılı olaraq dəyişir. Standart olaraq saçaqlı olur. Rəngi getmir, solmur, yuyula və təmizlənə bilər.

50×70 sm dən başlayaraq 150×225 sm ölçüyə qədər standart ölçülərdə hazırlanması mümkündür. Hazırlanan standart ölçülərdə kəsim və kənarların tikişi zamanı (+-) 2-3 sm fərqin yaranması mümkündür. Bütün xalçalar hazırlanmadan öncə Sizin portretə uyğun eskiz hazırlanır, Sizə göndərilir. Xalçalar 85-90% oxşarlıqla eskizdəki kimi olur. Hazırlanan xalçalar tamamilə şəxsə özəl olduğu üçün toxunma səhvi istisna olmaqla geri qaytarılması mümkün deyil.

Hazırlanma

Dəyərli müştərilərimiz! Portret xalça (foto xalça) sifarişlərinizin hazırlanması üçün ilk öncə fotolarınızı, yazılarınızı, loqolarınızı və s. Bizə whatsapp-la, e-mail vasitəsilə və ya saytımızın online sifariş bölümündən göndərməlisiniz. Fotonuz və portretiniz xalça hazırlanması üçün uyğun olarsa, xalçanın ilkin görünüş forması dizaynerlərimiz tərəfindən hazırlanaraq Sizə göndərilir. Bəyəndikdən sonra sifariş təsdiq edilir və xalçanı hazırlamağa başlayırıq. Sifarişlər xalça çeşidindən asılı olaraq 12-26 iş günü ərzində ərzində hazırlanır və təhvil verilir.

portret xalçalar

Çatdırılma

Müştərilərimizin sifariş etdiyi portret xalçalar (fotoxalca) tam hazır olduqdan sonra onlarla əlaqə saxlanılır və çatdırılma xidmətimiz vasitəsilə sifarişləri çatdırılır. Bakı, Sumqayıt şəhərləri daxilində uyğun məkanlara çatdırılma ödənişsizdir. Bakı şəhərinin ətraf qəsəbələrinə, kəndlərinə məsafədən asılı olaraq çatdırılma ödənişlidir.


Rayonlara, regionlara sifarişlər poçt vasitəsilə və ya taksilərlə göndərilir. PortretXalca.az tərəfindən poçt şöbəsinə və ya taksilərə sifarişlər ödənişsiz təhvil verilir. Digər daşınma xərcləri isə (poçt göndəriş pulu, taksi xərcləri və s.) müştərilər tərəfindən qarşılanır.


Azərbaycandan kənar ölkələrə beynəlxalq göndərişlər zamanı xalçanın göndərilməsi üçün müştəri tərəfindən Xalça Muzeyindən icazə sənədi alınmalıdır. İcazə sənədinin məbləği verilmə müddətindən asılı olaraq dəyişir. Bu məbləğ müştəri tərəfindən ödənildikdən sonra Biz həmin sənədin əldə edilməsi üçün lazım olan xidmətləri həyata keçiririk. Sənəd hazır olduqdan sonra isə portret xalça sifarişi müştərinin istəyinə uyğun olaraq ya yerli beynəlxalq poçt şöbəsinə, ya da digər beynəlxalq yük daşıma şirkətlərindən birinə tərəfimizdən ödənişsiz təhvil verilir. Beynəlxalq yük daşıma xərcləri müştərilər tərəfindən qarşılanır.

Portret Xalçalar

Portret Xalçalar (fotoxalca) Sizin fotolarınızın, portretlərinizin xalçalar üzərində avadanlıqlarla işlənilməsi və toxunmasıdır. Hazırda təklif etdiyimiz xalçalar çeşidlərinə və ölçülərinə görə fərqlənir. Portret xalça yalnız divar və stolüstü üçün nəzərdə tutulub, ayaqaltı üçün deyil. Bəzən dostumuzun, yaxınlarımızın, əzizlərimizin özəl günləri üçün elə hədiyyə axtarırıq ki, bu standart bir seçim olmasın. Və elə hədiyyə olsun ki, daim xatırlansın, yadda qalsın, dəyərli olsun. Bu düşüncələrinizi reallaşdıra biləcəyiniz bir hədiyyə sahibi ola bilərsiniz. Onun şəklini xalçada hazırlatdırın və fərqlənin.

Portret Xalçalar (foto xalca) həm toxunma üsulu, həm də boyanma üsulu ilə hazırlanır.

Aşağıdakı çeşidlərdə xalça növlərimiz var:

  1. Qəhvəyi tonlu 5 rəngli xalçalar (foto xalça)
  2. Kilim xalçalar (foto xalça)
  3. Rəngli xalçalar (foto xalca)
  4. İpək tərkibli tam toxunma rəngli xalçalar (fotoxalca)
Bizə yazın
Bizə yazın