İpək tərkibli rəngli portret xalçalar (fotoxalça) tam toxunma xalçalardır. Heç bir boyanma üsulundan (vakuum, dijital və s.) qətiyyən istifadə edilmir. Portretlər avadanlıqlar vasitəsilə 0-dan tam olaraq toxunur və kənarları tikilir. İpək tərkibli və digər qarışıqlı ipliklərdən hazırlanır. Xalça çeşidlərimiz içərisində ən yüksək keyfiyyətli olan növdür. Qalındır, xovludur, qalınlığı 12 mm olur. Sıx şəkildə 1800 sıxlıqla tam olaraq toxunur. Çəkisi ölçülərdən asılı olaraq dəyişir. Standart olaraq saçaqlı olur. Rəngi getmir, solmur, yuyula və təmizlənə bilər.
50×70 sm dən başlayaraq 150×225 sm ölçüyə qədər standart ölçülərdə hazırlanması mümkündür. Hazırlanan standart ölçülərdə kəsim və kənarların tikişi zamanı (+-) 2-3 sm fərqin yaranması mümkündür. Bütün xalçalar hazırlanmadan öncə Sizin portretə uyğun eskiz hazırlanır, Sizə göndərilir. Xalçalar 85-90% oxşarlıqla eskizdəki kimi olur. Hazırlanan xalçalar tamamilə şəxsə özəl olduğu üçün toxunma səhvi istisna olmaqla geri qaytarılması mümkün deyil.











