Kilim xalçalar incədir və qalınlığı 5 mm-dir. Kilim xalçalarda bütün rənglər olduğu kimi çıxır. Portretlər öncədən toxunulmuş və ölçüyə uyğun hazırlanmış kilim materiallar üzərinə avadanlıqlar vasitəsilə işlənir və kənarları tikilir. Daha sonra kilim xalça üzərinə saçaqlar vurulur. Kilimlərin arxasının yuxarı və aşağı hissələri taxta ilə bərkidilir, yuxarı taxta hissəsində asqı yeri olur. Kilim xalçaların üst hissəsi xalçalardakı kimi xovlu deyil, düz olur. Rəngləri getmir və solmur. Yuyula və təmizlənə bilər.
Kilim xalçalar poliester və polip sapların qarışığı olan ipliklərdən hazırlanır. 40×60 sm dən başlayaraq 80×150 sm ölçüyə qədər hazırlanması mümkündür. Hazırlanan standart ölçülərdə kəsim və toxunma zamanı (+-) 2-3 sm fərqin yaranması mümkündür. Bütün xalçalar hazırlanmadan öncə Sizin portretə uyğun eskiz hazırlanır, Sizə göndərilir. Xalçalar 85-90% oxşarlıqla eskizdəki kimi olur.














